Ermənistanda hakim Vətəndaş Müqaviləsi Partiyasının sıralarından xaric edilən şəxsin evi atəşə tutulub.
Lent.az-ın “news.am” saytına istinadən verdiyi xəbərə görə, hadisə ötən gecə Kotay vilayətində baş verib.
Gecə saat 00.30 radələrində vilayətin Polis İdarəsinə Kasax kəndində evin atəşə tutulması barədə məlumat daxil olub.
Hadisə yerində 20 güllə gilizi aşkarlanıb. Evin qapısı və divarları atəşə tutulub. Məlum olub ki, ev bir müddət əvvəl Vətəndaş Müqaviləsi Partiyasının üzvlüyündən çıxarılan Tatul Asilyna məxsusdur.
Hadisə zamanı Tatul Asilyan ailə üzvləri ilə evdə olsa da, xəsarət alan olmayıb.
Qeyd edək ki, Vətəndaş Müqaviləsi Partiyasının sədri Baş nazir Nikol Paşinyandır.