Paşinyanın hər velosiped sürməsi  dövlətə 32 min dollara  başa gəlir - İDDİA
27 sentyabr 2024 12:11 (UTC +04:00)

Paşinyanın hər velosiped sürməsi dövlətə 32 min dollara başa gəlir - İDDİA

Paşinyanın hər veloyürüşünün qiyməti 12,5 milyon dramdır (32 min dollardan çox). 

Lent.az bildirir ki, bu barədə “Politik.am” yazır.

“Son bir neçə aydır Nikol Paşinyan velosiped reklamı kampaniyası ilə məşğuldur. Baş nazir ictimaiyyəti və xariciləri inandırmağa çalışır ki, o, paytaxt ətrafında sakit gəzə bilər, həyat onun üçün o qədər qayğısızdır ki, o, həm də “vətəndaşlarla” velosiped sürməyə vaxt tapır.

Lakin Paşinyanın velosiped kampaniyası dövlət büdcəsinə baha başa gəlir. Rəsmi mənbələrdən biri hər bir velosiped kampaniyasının dövlətə demək olar ki, 12,5 milyon drama başa gəldiyini bildirib.

Paşinyan hər dəfə sakitcə velosiped sürəndə bir neçə yüz polis əməkdaşı pərdə arxasında qalır və müxtəlif küçələri bağlayır, bir neçə yüz Mühafizə Xidmətinin əməkdaşı “Vətəndaş sazişi” partiyasının rəhbərini görünən və görünməyən müşayiət və mühafizə ilə təmin edir. Onları bir neçə təcili yardım briqadası müşayiət edir.

Yüzlərlə polis və Mühafizə Xidməti əməkdaşının iş vaxtından artıq işləməsi dövlət hesabına ödənilir, onlar dövlət hesabına əlavə yeməklə təmin olunur, Paşinyanla velosiped sürməyə çıxan onlarla hakim partiya nümayəndəsi da həvəsləndirilir, onların yemək məsələsi də həll olunur. Eyni zamanda, hər kəs əvvəlcədən velosiped və onu sürmək üçün lazım olan aksesuarları alır.

Mənbə bildirir ki, bütün xərcləri toplasanız, hər dəfə qeyd olunan məbləğ xərclənir. Bu, sadəcə olaraq görünmür, çünki pul müxtəlif idarələrin büdcəsindən alınır. Və bu, dövlətin bir neçə ay əvvəl daşqınlardan əziyyət çəkən Lori bölgəsinin sakinlərinə məhəl qoymadığına işarədir”, - Politik.am qeyd edir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2145
avatar

Oxşar yazılar