Avropa Fırıldaqçılıqla Mübarizə Ofisi (OLAF) Fransa prezidentliyinə namizəd, ultrasağ Milli Cəbhə partiyasının rəhbəri Marin le Peni və yaxınlarını 600 000 avro vəsaiti mənimsəməkdə ittiham edir.
Lent.az-ın “Figaro”ya istinadla xəbərinə görə, qurum Le Peni Avropa Parlamentinin deputatı olduğu dövrdə İttifaqa məxsus vəsaiti mənimsəməkdə təqsirləndirir. Bu barədə ötən ay Fransanın hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda işi Paris şəhər prokurorluğu araşdırır.
Ofisin məlumatına görə Le Pen və digər 3 deputat - Jan-Mari Le Pen (Marin le Penin atası), Lui Alyo və Brüno Kolniş ümumilikdə 600 000 avro mənimsəyiblər. Le Pen təkbaşına 2004-2017-ci illərdə Avropa Parlamentinin 137 000 avro vəsaitini mənimsəyib.
Təqsirləndirilən şəxsin vəkili 10 il əvvəl baş vermiş hadisənin niyə məhz prezident seçkisi dövründə ortaya çıxmasından təəccünləndiyini bildirib.