İtaliyanın Cenova şəhərində karabinerlər tərəfindən Papa Fransisə ünvanlanan, içərisində üç güllə patronu olan zərf ələ keçirilib.
APA xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Zərf poçt kodundakı səhv səbəbindən Cenovaya gəlib. Ggöndərən Fransa vətəndaşıdır, hüquq -mühafizə orqanları onun kimliyini müəyyən ediblər.
Məktubda zərərin ödənilməsi tələbi ilə mesaj da yer alıb.
Qeyd edək ki, bu, bir neçə gün ərzində ikinci belə hadisədir. Avqustun 9-da Milan yaxınlığındakı bir çeşidləmə mərkəzində Papaya ünvanlanan analoji zərf tapılıb.
Hər iki məktubda göndərilən ünvan eyni olub. Həmçinin, məktubun mətnində eyni orfoqrafik səhvlərə yol verilib.