Panama kanalı Rusiya gəmiləri üçün bağlanmayıb
04 mart 2022 05:33 (UTC +04:00)

Panama kanalı Rusiya gəmiləri üçün bağlanmayıb

0

Panama kanalının administrasiyası Rusiya gəmiləri üçün keçidin bağlanmasını istisna edib.

Lent.az-ın xəbərinə görə, administrasiya bunu 1977-ci ildə qəbul edilmiş neytrallıq bəyannaməsi ilə izah edib.

Bəyanatda göstərilir ki, Ukraynadakı vəziyyət yaxından izlənilir, lakin Panama kanalı beynəlxalq neytral su keçididir.

Qeyd edək ki, 1977-ci il bəyannaməsinə görə, istər sülh, istərsə də müharibə dövründə istənilən ölkənin gəmisi Panama kanalından keçə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1802

Oxşar yazılar