2022-ci ildə vəfat etmiş avstriyalı milyarder xanım Haydi Hortenin zinət əşyalarından bir neçəsi “Chistie” hərrac evində 196 milyon avroya satılıb.
Lent.az-ın Bloomberg-ə istinadən məlumatına görə, hərrac Cenevrədə iki gün ərzində keçirilib. Hərraca xanım Hortenin rilliantlarla bəzədilmiş tacı, qolbaqları və sırğaları çıxarılıb.
Verilən məlumata görə, zinət əşyalarının dəyəri rekord qırıb.
Bu varidat xanım Hortenə əri milyarder Helmut Horendən miras qalıb. Onun əri Almaniyada "Horten AG" univermaqlar şəbəkəsinin sahibi olub.