Öldüyü zənn edilən kişi 33 il sonra  tapıldı
08 avqust 2024 19:59 (UTC +04:00)

Öldüyü zənn edilən kişi 33 il sonra tapıldı

Türkiyədə öldüyü zənn edilən kişi 33 ildən sonra tapılıb.

Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, Antalyanın Manavqat qəsəbəsində polis əməkdaşları 3 təkərli araba ilə dəmir yığan 50 yaşlı Kamal Dəmiri saxlayıblar. Sənədlərinin araşdırılması zamanı onun 1991-ci ildə 17 yaşında ikən İzmit şəhərindən ata-anasından ayrıldığı və itkin düşdüyü məlum olub.

Müəyyən edilib ki, uzun illər axtarışlardan sonra onun öldüyü zənn edilib və bu barədə məhkəmə qərarı da alınıb. Həmçinin 2013-cü ildə Kamalın ata-anası da ölüb.

Kişi polisə verdiyi ifadəsində ata-anası öləndən sonra artıq heç kiminin olmadığını və bacı-qardaşının yanına dönməyəcəyini deyib.

İfadəsindən sonra polis Kamal Dəmiri arabasının yanına, dəmir yığdığı yerə qaytarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 648
avatar

Oxşar yazılar