Hadisə Fransanın Anje kommunasında baş verib.
Lent.az-ın Fransa mətbuatına istinadla xəbərinə görə, 13 yaşlı uşaq polisə zəng edərək atasının evdə narkotik vasitə saxladığını bildirib.
Məlumatı yoxlamaq üçün hadisə yerinə gələn polis evdə 31 kq həşiş qatranı aşkar edib.
Dindirmə zamanı 41 yaşlı kişi narkotik vasitəni tapdığını iddia edib. Məhkəmənin qərarı ilə o, 2 il sınaq müddəti təyin edilməklə 18 ay şərti olaraq azadlıqdan məhrum edilib. Məhkəmənin belə yüngün qərar qəbul etməsinə səbəb onun adının heç bir cinayətdə hallanmaması olub.