Moskvada 37 yaşlı qadın nüvə müharibəsi qorxusundan intihar edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, 37 yaşlı Oksananın meyiti uzun müddət əlaqə saxlamadığı üçün qohumu tərəfindən aşkarlanıb. Onun özünü asdığı bildirilir.
Yaxınlarının dediyinə görə, o, son vaxtlar depressiyadan əziyyət çəkirmiş. Oksananın intihardan əvvəl yazdığı məktub da üzə çıxıb:
“Mən nüvə müharibəsində ölmək istəmirəm. Anamı çox sevirəm. Babamın yanına gedirəm”, - məktubda yazılıb.
İntihar edən Oksana