Bu gün Parisdəki məşhur Notr-Dam kilsəsindəki yanğından 3 il ötür.
Lent.az-ın xəbərinə görə, 2019-cu il aprelin 15-də günortadan sonra başlayan yanğının söndürülməsi üçün 500 yanğınsöndürən 15 saat əmək sərf etdi.
12-14-cü əsrlərdə tikilmiş kilsə digər hündür binalardan fərqli olarq o vaxtadək ciddi yanğına məruz qalmayıb. Bu dəfəki yanğında binanın qülləsi dağılaraq dam örtüyünü uçurdu. Dam örtüyündəki 300 tondan çox qurğuşun əriyərək ekoloji faciə yaratdı. İlkin ehtimala görə, yanğın binada təmir zamanı işçilərin məsuliyyətsizliyi nəticəsində baş verib.
Yanğının ertəsi gün prezident Emanuel Makron kilsənin 5 ilə təmir ediləcəyini desə də, təmirdə ciddi irəliləyiş yoxdur. Buna səbəb mütəxəssislərin tarixi binanı əvvəlki görkəmində bərpa etməyə çalışmasıdır. Lakin dam örtüyündə qurğuşundan istifadə məsələsi istisnadır.
Hadisədən sonra Avropanın bütün kilsələrində yanğın təhlükəsizliyi ciddi nəzarətə alındı.