Nazir  koronavirus olduğunu   "instagramda" açıqladı
14 may 2022 06:36 (UTC +04:00)

Nazir koronavirus olduğunu "instagramda" açıqladı

Yeni Zelandiyanın Baş naziri Casinda Ardernin koronavirus testi müsbət çıxıb.

Lent.az xəbər verir ki, o, bu barədə “Instagram”səhifəsində məlumat yayıb.

“Bütün səylərimə baxmayaraq, təəssüf ki, ailəmin qalan hissəsinə qoşuldum və COVID-19 üçün müsbət test aldım"” - o yazıb.

Əvvəllər koronavirus onun qızı və ortağında aşkarlanıb. Bununla əlaqədar olaraq Ardern mayın 8-dən təcrid vəziyyətindədir.

Yeni Zelandiya hökumətinin məlumatına görə, xəstəliyin əlamətlərini Arderndə mayın 13-ü axşam saatlarında ortaya çıxıb.

# 1683
avatar

Oxşar yazılar