“Mən əhaliyə necə deym ki soyuq su ilə çimin. Almaniya hökuməti deyib. Mən isə bacarmaram”
APA-nın xəbərinə görə, bunu ölkənin ekologiya naziri Tereza Ribera bildirib.
Nazir bildirib ki, İspaniya enerjiyə qənaət etməlidir. Lakin ölkə qışa Almaniyadan daha yaxşı hazırlaşıb. Buna səbəb ölkənin Rusiya qazından asılılığının olmamasıdır. Bu səbəbdən hökumət əhalinin elektrik enerjisi, qaz və və sudan istifadəsi ilə bağlı məhdudiyyərt tətbiqini planlaşdırmır.
Qeyd edək ki, bir neçə həftə əvvəl bütün Avropa ölkələri 15%-lik qənaət nəzərdə tutsa da, İspaniyada bu rəqəm 7%-dir.