Türkiyənin səhiyyə naziri Fahrettin Koca koronavirusa yoluxub.
Lent.az xəbər verir ki, o, bu barədə “Twitter” hesabında məlumat paylaşıb.
Nazir qeyd edib ki, COVID-19 testinin nəticəsi beş gün əvvəl müsbət çıxıb.
F. Koca sağalana qədər işlərinə evdən davam edəcəyini bildirib.