Nazarbayevin ailəsinin daha bir üzvü saxlanılıb.
Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, keçmiş Qazaxıstan prezidenti Nazarbayevin bacısı oğlunun həyat yoldaşı Gülmürə Satıbaldı bu gün tezdən həbs edilib.
Xatırladaq ki, bir qədər əvvəl onun əri Kayrat Satıbaldı da saxlanılmışdı. Kayrat Satıbaldı külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham edilib.