Nursultan Nazabayev ürək əməliyyatı keçirib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin ürək əməliyyatı uğurlu olub.
“Nursultan Nazarbayev ürəyindən əməliyyat olunub. Əməliyyat uğurla başa çatdı. Eks-prezidentin həyatı üçün heç bir təhlükə yoxdur. İndi o, müşahidə altındadır”, - deyə xəstəxanadan bildirib.
Əməliyyatın Milli Elmi Ürək Cərrahiyyə Mərkəzində aparıldığı da qeyd edilib.
***
10:10
Nazarbayev xəstəxanaya yerləşdirilib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin ürəyindən əməliyyat oluna biləcəyi ehtimalı var.
“Mənbələrim Nursultan Nazarbayevin Astanadakı xəstəxanalardan birinə yerləşdirildiyini bildirib. O, ürəyin hərtərəfli müayinəsindən keçir. Tibb işçiləri deyirlər ki, cərrahi müdaxilə ola bilər”, - deyə bildirilib.