NATO -nun şərəfinə PİVƏ  buraxıldı
17 may 2022 19:29 (UTC +04:00)

NATO-nun şərəfinə PİVƏ buraxıldı

Finlandiyanın NATO-ya daxil olması şərəfinə pivə buraxılıb. 

Lent.az xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” dövlət televiziyası məlumat yayıb.

Bildirilir ki, Savonlinna şəhərinin “Olaf Brewing” pivə zavodu OTAN (NATO adının fransızca variantı – red.) adlı içki istehsal edib.

Mavi etiketli pivə qabının üzərində NATO-nun simvolu ilə bəzədilmiş metal zirehli geyimdə cizgi filmi personajı təsvir edilib.

Zavodun baş direktoru Petteri Venttinen bildirib ki, əvvəllər siyasi məsələlərdə xüsusi mövqe nümayiş etdirməyiblər: 

“Ancaq indi finlərin əksəriyyəti NATO-ya üzvlük qərarını dəstəkləyir. Ona görə də biz bu addımı atdıq”. 

Qeyd edək ki, bu həftə Finlandiya NATO-ya üzvlük üçün müraciət edəcək. Artıq məsələyə ölkə parlamentində baxılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1328

Oxşar yazılar