NATO baş katibi: "Putin BÖYÜK SƏHV etdi"
24 mart 2022 13:50 (UTC +04:00)

NATO baş katibi: "Putin BÖYÜK SƏHV etdi"

“Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibəyə başlamaqla böyük səhv edib”.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq Alyansa üzv ölkələrin dövlət və hökumət başçılarının fövqəladə sammiti öncəsi brifinqdə deyib.

Baş katib bildirib ki, prezident Putin müstəqil suveren dövlətə qarşı müharibəyə başlamaqla böyük səhv etdi: Putin Ukrayna xalqının gücünü və Ukrayna Silahlı Qüvvələrinin cəsarətini lazımınca qiymətləndirmədi. Rusiya ordusu gözlənildiyindən qat-qat artıq müqavimətlə üzləşib”.

O qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı hərəkətlərinə cavab vermək lazımdır və buna görə də Alyans Ukraynaya dəstəyi əhəmiyyətli dərəcədə artırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2047

Oxşar yazılar