Pandemiya dövründə iş çox olmadığı üçün təbiət qoynunda musiqi ifa edən amerikalı maraqlı hadisə ilə üzləşib.
Lent.az-ın xəbərinə görə, Kolorado ştatının sakininin simli alətdə ifa etdiyi musiqi tülküdə maraq oyadıb.
Vəhşi heyvan musiqi ifa olunarkən yaxınlaşaraq sakitcə qulaq asıb. Bunu görən musiqiçinin arvadı əri ilə tülkünün videosunu çəkib. Yerli kanallarda yayılan video ilə musiqiçi bir neçə günə məşhurlaşıb.