Müctəba Xamenei hücumdan necə sağ çıxıb?  Qanlı səhərlə bağlı TƏFƏRRÜATLAR
17 mart 2026 14:14 (UTC +04:00)

Müctəba Xamenei hücumdan necə sağ çıxıb? Qanlı səhərlə bağlı TƏFƏRRÜATLAR

0


Müctəba Xamenei atası Əli Xameneinin ölümünə səbəb olan raket zərbəsindən çətinliklə xilas olub. 

Lent.az-ın xarici mediaya iistinadən məlumatına görə, o, hücumdan bir neçə dəqiqə əvvəl bağçaya çıxıb və yalnız ayağından xəsarət alıb.

ABŞ-İsrail İrana hücumlarının ilk günündə Müctəba Xameneinin atası Əli Xameneinin ölümünə səbəb olan raket zərbəsindən çətinliklə xilas olduğu məlum olub. Bildirilir ki, hücumdan bir neçə dəqiqə əvvəl bağçaya çıxan Xamenei buna görə də vurulan binada olmayıb. 

Britaniyanın "The Telegraph" qəzetinin əldə etdiyi sızdırılmış səs yazısına görə, səs yazısının keçmiş ali lider Əli Xameneinin ofisində protokol zabiti vəzifəsində çalışmış Məzahir Hüseyniyə məxsus olduğu bildirilir. Hüseyninin martın 12-də Tehranda yüksək vəzifəli ruhanilər və İnqilab Keşikçiləri komandirləri ilə qapalı görüşdə çıxış etdiyi vurğulanır. 

Səsyazmadakı məlumatlara görə, Müctəba Xamenei fevralın 28-i səhər hücumundan sağ çıxıb, çünki o, raketlər evinə dəyməzdən bir neçə dəqiqə əvvəl bağçaya çıxıb. Bildirilir ki, Xamenei hücum zamanı ayağından yaralanıb. Hüseyni çıxışında bildirib: "Allah onu qoruyub; hücumdan əvvəl Müctəba bağçaya çıxıb nəsə etməli idi və raket o, çöldə olarkən atılıb". 

Sızdırılan səs yazısı göstərir ki, hücum birbaşa Xamenei ailəsinin yaşadığı ərazini hədəf alıb. Partlayışlar son dərəcə güclü kimi təsvir edilib və Əli Xameneinin hərbi bürosunun rəhbəri Məhəmməd Şirazinin öldürüldüyü, cəsədinin hissələrə bölündüyü və şəxsiyyətinin yalnız toxuma nümunələri vasitəsilə müəyyən edilə biləcəyi iddia edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 500

Oxşar yazılar