Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan
20 iyun 2021 23:52 (UTC +04:00)

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan

MSK ilkin nəticələri açıqladı - Paşinyan liderdir

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası 58,04%  səslə liderlik edir, sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku 22,01% səslə ikinci yerdədir.

APA TASS-a istinadən xəbər verir ki, bunu seçki məntəqələrinin təxminən 4%-nin nəticələrinin MSK tərəfindən hesablanması barədə əldə olunmuş məlumatlar göstərir.

MSK-nın məlumatına görə, eks-prezident Serj Sarqsyanın dəstək verdiyi, Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın rəhbərlik etdiyi “Mənim şərəfim var” bloku 5,66% səs qazanaraq üçüncü yerdədir, dördüncü yerdə isə 5,11% səslə iş adamı Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası yer alıb.

# 1656
avatar

Oxşar yazılar