Motivasiya məktubunda tort resepti yazan abituryent universitetə qəbul oldu
30 iyun 2022 03:01 (UTC +04:00)

Motivasiya məktubunda tort resepti yazan abituryent universitetə qəbul oldu

Fransada abituryent universitetlərin birinə motivasiya məktubu yerinə tort resepti göndərib və müsbət cavab alıb.

Lent.az-ın xəbərinə görə, gənc qız bu kuryozu BFM TV-yə danışıb. O bildirib ki, çox sayda ali məktəbə qəbul üçün motivasiya məktubu yollayıb. Lakin xoşu gəlmədiyi ixtisaslardan birinə göndərdiyi motivasiya məktubunda tort resepti yazıb. 2 ay sonra isə müsbət cavab gəldiyi barədə məktub alıb.

Öz istədiyi beynəlxalq hüquq üzrə başqa ali məktəbə qəbul ediıən qız bildirir ki, burada təqsir ali məktəbdə yox, sistemdədir.
 

# 1386
avatar

Oxşar yazılar