Moskvanın mərkəzi Arbat küçəsində məşhur Kitabça adlandırılarılan binalar Azərbaycanın üçrəngli bayrağının rənglərinə boyanıb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, müvafiq qərar Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibəti ilə verilib.
İşıqlandırma Yeni Arbatdakı kitab binalarının üzərində olub. Kitabça adlandırılan üç binanın üzərində aşağıdan yuxarıya doğru hərəkət edən Rusiya və Azərbaycan bayraqları, diplomatik münasibətlərin 30 illiyi sözləri proyeksiya olunub.