Ukraynanın Donetsk vilayətində meyitxana işçisi döyüşdə həlak olan hərbiçilərin şəxsi əşyalarını oğurlamaqda ittiham olunur.
Lent.az xəbər verir ki, bu barədə Pokrovski rayon polis idarəsindən məlumat verilib.
Məlumata görə, meyitxanaya gətirilən iki şəxsin bank kartları oğurlanıb. Sonra onun meyitxananın 41 yaşlı işçisi olduğu üzə çıxıb. Qadın kartları götürərək mağazalardan alış-veriş edib. O, 5 min qrivna (təxminən 230 manat) xərclədikdən sonra kartı zibil qutusuna atıb.
Amma çox keçmədən qadın saxlanılıb.
Bildirilir ki, onu 8 ilə qədər həbs gözləyir.