Moldova ukraynalı qaçqınların keçidini asanlaşdırır
06 mart 2022 00:51 (UTC +04:00)

Moldova ukraynalı qaçqınların keçidini asanlaşdırır

0

Moldova və Rumıniya ukraynalı qaçqınların Avropa ölkələrinə keçidini asanlaşdırmaq üçün yaşıl dəhliz yaradır.

Lent.az-ın xəbərinə görə, bu barədə Moldovanın Baş naziri Natalya Qavrilitsa bildirib.

“Rumıniya öz sərhədlərindən buraxılışı sürətləndirib və qaçqınlara nəqliyyat vasitəsi təqdim edir. Moldovaya gələn Ukrayna vətəndaşlarının çoxu başqa ölkələrə gedir. Biz də onlara sərhədi tez keçməyə kömək edirik”, - deyə Qavrilitsa bildirib.

Rəsmi statistikaya görə, son günlərdə Rumıniyaya 170 mindən çox Ukrayna vətəndaşı gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1691

Oxşar yazılar