Misirdə ağır qəza: 7 nəfər öldü
17 dekabr 2020 08:37 (UTC +04:00)

Misirdə ağır qəza: 7 nəfər öldü

Misirin mərkəzi Sohaq əyalətində avtobusla mikroavtobusun toqquşması nəticəsində azı 7 nəfər ölüb, 11 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Akhbar el-Yom” portal məlumat yayıb.

Məlumata görə, Kena şəhərindən paytaxt Qahirəyə gedən sərnişin avtobusu ölkənin şimalındakı Mersa-Matruh şəhərindən əl-Balabiş kəndinə gedən mikroavtobusla toqquşub. Nəticədə yeddi nəfər dünyasını dəyişib, 11 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı istintaq araşdırmaları aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 470

Oxşar yazılar