Rusiya hərbi həkimlərin tətbiq etdiyi yeni metod nəticəsində mina partlaması, odlu silahdan açılan atəş nəticəsində zədələnmiş əl və ayaqlar tam bərpa olunacaq.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, yeni metod güllə və minadan zədələnmələr zamanı xəstənin effektiv reabilitasiyasına kömək edəcək.
3D implantant zədələnmiş sümüyün forma və ölçülərini təkrarlayacaq və sümük toxumalarına yerləşdirilərək, digər sümüklərə birləşdiriləcək.
Burdenko adına hərbi hospitalın rəis müavini Leonid Brijanın dediyinə görə, hazırda dünyanın heç bir yerində belə əməliyyat aparılmır, Rusiya bir ilkə imza atıb.
Artıq itmiş əlini yenidən qazanmış ilk əsgər öz döyüş mövqeyinə qayıda bilib.