Rotterdamda tarixi körpü söküləcək.
Lent.az xəbər verir ki, tikili Amazon şirkətinin qurucusu Ceff Bezosun yaxtasının keçə bilməsi üçün söküləcək.
Gəminin uzunluğunun 127 hündürlüyü isə 40 metrdir. Onun De Hef kimi tanınan məşhur Koningshaven körpüsündən keçmək üçün çox hündür olduğu bildirilir.
430 milyon avro dəyərində olan nəhəng, üç dirəkli yaxta ölkənin Cənubi Hollandiya əyalətindəki Albasserdam şəhərində gəmiqayırma şirkəti "Oceanco" tərəfindən istismara verilib.
Bu problemi aradan qaldırmaq üçün körpünün orta hissəsinin söküləcəyi və bütün əməliyyat xərclərinin Bezos tərəfindən qarşılanacağı açıqlanıb.
De Hefin tarixi 1878-ci ildən başlayır. Onun müasir versiyası 1927-ci ildə təqdim edilmişdir. İkinci Dünya Müharibəsi zamanı bombalardan böyük ziyan görən körpü şəhərdə bərpa edilən ilk tikililərdən biri olub