Məzuniyyətə göndərilən dövlət qulluqçuları maaşsız qala bilərlər
08 oktyabr 2025 05:19 (UTC +04:00)

Məzuniyyətə göndərilən dövlət qulluqçuları maaşsız qala bilərlər

0

ABŞ prezidenti Donald Trampın administrasiyası, federal hökumətin maliyyələşməsinin dayandırılması (şatdaun) nəticəsində məcburi məzuniyyətə göndərilən dövlət qulluqçularına sonradan maaşların ödənilməməsi imkanını nəzərdən keçirir.

Lent.az xəbər verir ki, bu barədə “Reuters” çərşənbə axşamı layihə sənədinə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, administrasiyanın bu təşəbbüsü şatdaun başa çatdıqdan sonra məzuniyyətə göndərilən əməkdaşlara maaşların mütləq qaydada ödənilməsini tələb etmir.

Beləliklə, təxminən 700 minə yaxın dövlət qulluqçusu üçün maaşsız qalmaq riski yaranır.

Donald Tramp da çərşənbə axşamı şatdaun fonunda ABŞ hökumət qurumlarında kütləvi ixtisarların və işdən çıxarılmaların həyata keçirilə, həmçinin bir sıra dövlət proqramlarının ləğv oluna biləcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar