Meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət rejimi ləğv edilib.
Lent.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adanom Qebreisus öz "Twitter" səhifəsində paylaşım edib.
O, dünya səhiyyəsində meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət rejiminin bitdiyini elan edib.