Ultimate Fighting Championship (UFC) döyüşləri zamanı rinqdə plakat göstərən amerikalı Arianni Selest İnstaqramda yeni foto paylaşıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, fotoda qız qırmızı paltarda sinəsini izləyicilərinə göstərib.
Selest ABŞ-ın Las-Veqas şəhərində anadan olub və Meksika-Filippin əsillidir. Doğulanda onun adı Penelope Lopez olub, lakin sonradan Selest təxəllüsü alıb. Qızın fitnes və idman qidası üzrə dərəcəsi var.
Selest karyerasına 2006-cı ildə UFC rinqində başlayıb. Onun portfelinə “Maxim”, FHM, “Sports Illustrated”, “Fighter's Only Magazine” və Playboy jurnallarında çəkilişlər daxildir. Selest altı dəfə ilin rinq qızı seçilərək “World MMA Awards” mükafatını alıb. “Maxim” jurnalına görə dörd dəfə Hot-100 siyahısına daxil edilib.
Selestin 38 yaşı var. Qız tez-tez sosial şəbəkələrdə açıq-saçıq fotolar yayımlayır.