Məşhur fironun heykəlinin fraqmenti vətənə qaytarıldı
04 iyul 2023 21:31 (UTC +04:00)

Məşhur fironun heykəlinin fraqmenti vətənə qaytarıldı

Cenevrə hakimiyyəti tərəfindən aparılan cinayət işinin icraatı zamanı müsadirə edilən firon II Ramzesin heykəlinin fraqmenti Misirə qaytarılıb. Bu barədə İsveçrə hökumətinin mətbuat xidməti məlumat yayıb.

Lent.az xarici KİV-lərə istinadla xəbər verir ki, Federal Mədəniyyət İdarəsinin direktoru Karin Baxmann heykəlin fraqmentini Misirin İsveçrədəki səfirliyinə təhvil verib. Məlumatda vurğulanır ki, restitusiya “mədəni dəyərlərin beynəlxalq ötürülməsi haqqında qanuna uyğun” aparılıb.

İdarədən bildirilib ki, fraqment 1980-ci və 1990-cı illərin kəsişməsində II Ramzesin Abidosdakı məbədindən oğurlanıb və nəticədə İsveçrəyə gətirilib. Onun qaytarılması “2011-ci ildə mədəni dəyərlərin idxalı və qaytarılmasına dair ikitərəfli sazişin qüvvəyə minməsi ilə gücləndirilmiş mədəni dəyərlərin qeyri-qanuni ticarətinə qarşı mübarizədə İsveçrə və Misirin birgə tərəfdaşlığını vurğulayır”.

Misirə təhvil verilən fraqment müxtəlif fiqurlardan ibarət monumentin bir hissəsidir. Burada bir neçə qədim Misir tanrısının əhatəsində oturmuş firon təsvir edilib. Fraqmentin yaşı təxminən 3,4 min ildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1755
avatar

Oxşar yazılar