"Ceyms Bond" obrazı ilə yadda qalan britaniyalı aktyor Daniel Kreyq iki həftə əvvəl Türkiyə və Suriyada baş verən zəlzələdən sonra izləyicilərini köməyə çağırıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın 14 xeyriyyə təşkilatını birləşdirən Fəlakətlər üzrə Fövqəladə Komitə (DEC) ilə işləyən 54 yaşlı aktyor zəlzələlərdən sonra 101,5 milyon funt-sterlinq (təxminən 205 milyon 190 min) topladığını açıqlanıb.
Dünya şöhrətli aktyor, bir neçə gün əvvəl etdiyi ianə çağırışında "Zəlzələlər saniyələr içində olsa da, amma təsiri illərlə davam edəcək. Xəstəxanalar, məktəblər, iş yerləri dağıldı. Şaxtalı qışda yüz minlərlə insan evsiz qaldı. Xahiş edirəm, DEC-i dəstəkləyərək onlara kömək etmək üçün əlinizdən gələni edin" demişdi.