Məscid külə döndü 
14 yanvar 2022 20:48 (UTC +04:00)

Məscid külə döndü 

Dağıstanda sahəsi 400 kvadrat metr olan məscid yanıb.

Lent.az-ın xəbərinə görə, bu barədə Rusiya FHN-in mətbuat xidməti məlumat yayıb. 

Məlumatda deyilir ki, 112 çağırış xidmətinə Xasavyurt rayonunda məscidin yanması barədə məlumat daxil olub. Növbətçi hissə hadisə yerinə çatanadək məscid bütövlüklə yanıb. 

Yanğın zamanı xəsarət alan olmayıb, heç kəs təxliyə edilməyib. Hadisənin səbəbləri araşdırılır. 
 

# 2010
avatar

Oxşar yazılar