Meksikanın cənubundakı Morelos ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı 4 nəfər həlak olub.
Lent.az xəbər verir ki, qəza Tetlama şəhərində baş verib.
İlkin məlumata görə, bu, tibbi xidmət təyyarəsi olub, 4 ekipaj üzvü həlak olub.
Hadisə yerinə xilasedicilər gəlib, rayon prokurorluğu hadisənin səbəblərini araşdırır.