Mastercard və Visa Rusiyada fəaliyyətini DAYANDIRDI
06 mart 2022 03:42 (UTC +04:00)

Mastercard və Visa Rusiyada fəaliyyətini DAYANDIRDI

0

ABŞ-ın Mastercard maliyyə korporasiyası Rusiyada fəaliyyətini dayandırıb.

Lent.az-ın xəbərinə görə, müvafiq məlumat şirkətin saytında yerləşdirilib.

Bildirilir ki, korporasiya Rusiyaya qarşı sanksiyalar fonunda bu ölkədə xidmət göstərməyi dayandırır.

Bank transferləri xidməti həyata keçirən digər şirkət - Visa da Rusiyada fəaliyyətini dayandırmağı planlaşdırır.

Visa Rusiyadakı müştərilərinin bütün transaksiyalarını başa çatdırmağa çalışır.

Hər 2 şirkət prosedurları başa çatdırdıqdan sonra Rusiya Federasiyasında verilmiş bank kartları ölkədən kənarda işləməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4181

Oxşar yazılar