Martın 16-da Rusiya təyyarəsinin üzərinə bombası atdığı Mariupolda Dram Teatrının binasında 300-ə yaxın adam həlak olub.
Lent.az Ukrayna KİV-nə istinadla bildirir ki, bu barədə Mariupol şəhər şurası məlumat yayıb.
“Təəssüf ki, bu günə pis xəbərlə başlayırıq. Şahidlər Mariupol dram teatrında Rusiya təyyarələrinin bombalaması nəticəsində 300-ə yaxın insanın öldüyü barədə məlumat verib.
Sonuna qədər bu dəhşətə inanmaq istəmirəm. Sonuna qədər hər kəsin qaçmağı bacardığına inanmaq istəyirəm. Amma bu terror aktı zamanı binanın içində olanların sözləri başqa cür deyir”, - məlumatda vurğulanır.
Qeyd edək ki, dram teatrına zərbəni martın 16-da günortadan sonra Rusiya qoşunları super güclü bomba vurmuşdu.
Nəticədə bina demək olar ki, tamamilə dağılıb. Mariupol meri Vadim Boyçenkonun sözlərinə görə, zərbə zamanı binada mindən çox insan olub.
Martın 17-də səhər saatlarında xilasedicilər Mariupoldakı dram teatrının dağıntılarını sökməyə başlayıblar.