Bu gün Türkiyənin Malatya bölgəsindəki zəlzələ zamanı ilkin təxminlərə görə, 22 bina dağılıb.
Lent.az xəbər verir ki, bunu Türkiyənin milli təhsil naziri Mahmut Özer deyib.
O, 5 nəfərin dağıntılar altından çıxarıldığını qeyd edib.
AFAD rəhbəri Yunus Sezer isə 1 nəfərin öldüyünü, 69 nəfərin yaralandığını vurğulayıb.
***
saat 13:21
Malatyada 5,6 bal gücündə zəlzələ olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla 12:04-də Malatyanın Yeşilyurt rayonunda qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.