Makron yenə təhqir edildi
28 avqust 2022 21:59 (UTC +04:00)

Makron yenə təhqir edildi

Fransa prezidenti Emmanuel Makron Tuke kommunasında keçirilən musiqi festivalında gözlənilməz hadisə ilə qarşılaşıb.

Lent.az  “La Voix du Nord” saytına istinadla xəbər verir ki, dövlət başçısı və xanımı “Touquet Music Beach” musiqi festivalında iştirak etmək üçün tədbirin keçirildiyi çimərliyə gəlib. 

Makron cütlüyü xüsusi ayrılmış yerə keçən zaman tanınmış caz ustası  Mark Rebiye dövlət başçısının ünvanına qeyri-etik ifadələr işlədib. Festivalın təşkilatçılarının caz ustasını sakitləşdirmək cəhdləri fayda verməyib. 

Qeyd edək ki, Fransa prezidenti Əlcəzairə son səfərində də xoş olmayan vəziyyətlə qarşılaşmışdı. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2241
avatar

Oxşar yazılar