Magistral yolda ağır  QƏZA:   3 nəfər ÖLDÜ
14 avqust 2022 04:55 (UTC +04:00)

Magistral yolda ağır QƏZA: 3 nəfər ÖLDÜ

Türkiyədə minik avtomobili ilə yük avtomobilinin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Konya-Karaman magistral yolunun 20-ci kilometrliyində baş verib.

Qəza zamanı minik avtomobilində olan iki Əfqanıstan vətəndaşı və sürücü (Türkiyə vəndaşı) həlak olub.

Hadisə səbəbindən magistral yolda qısamüddətli tıxac qeydə alınıb.

Yük avtomobilinin sürücüsü polislər tərəfindən saxlanılıb.

# 1776
avatar

Oxşar yazılar