Lotereyadan 800 milyon  dollar uddu
13 sentyabr 2024 17:36 (UTC +04:00)

Lotereyadan 800 milyon dollar uddu

ABŞ-da Meqa Millions lotereyasının nümayəndələri sentyabr tirajının iştirakçısının 800 milyon dollar məbləğində cekpot udduğunu bildiriblər.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, sentyabrın 10-da keçirilən tirajda naməlum şanslı qalib böyük məbləğdə udub. Onun bileti Texasdakı yanacaqdoldurma məntəqələrindən birində aldığı məlum olub. Qalib nömrələr 1, 2, 16, 24, 66 və 6 nömrəli qızıl meqatop olub.

Lotereyanın press-relizində qeyd edilir ki, yeni multimilyonçu bütün vergiləri ödədikdən sonra təxminən 400 milyon dollar əldə edə biləcək. Bu qələbə Meqa Millions tarixində yeddinci ən böyük qələbədir.

Bu, həm də mart ayından bəri lotereya üçün ən böyük lotereyadır. Əvvəl Nyu Cersi ştatından olan naməlum iştirakçı 1,13 milyard dollar udub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660
avatar

Oxşar yazılar