Bu ay benzinin dünya üzrə orta qiyməti 1,33 ABŞ dolları olub.
Lent.az xəbər verir ki, bu barədə “Ria Novosti” məlumat yayıb.
Yanacağın ən baha olduğu ərazilər sırasında ilk yerlərdə Honkonq və Norveç gəlir. Bunrda benzinin 1 litrinin qiyməti müvafiq olaraq 2,78 və 2,41 dollardır.
Ucuz yanacağa gəldikdə isə, 1 litr benzin Əlcəzairdə 0,32, Küveytdə 0,34 dollardır.
Bundan başqa, Venesuela, Livan, İran və İraqda yanacaq qiymətlərində böuyük ucuzlama baş verib. Bir mnüddət əvvəl Venesuelada yanacağın 1 litrinin qiyməti 2 sentə (4 qəpikdən az) enmişdi. Lakin bu, iqtisadi proseslər nəticəsində baş verməyib.