Leysan yağış 84 nəfərin  həyatına son qoydu    -YENİLƏNİB
30 may 2022 03:38 (UTC +04:00)

Leysan yağış 84 nəfərin həyatına son qoydu -YENİLƏNİB

0

***

Saat 02:58

Braziliyanın şimal-şərqindəki Pernambuko əyalətində leysan yağışları nəticəsində 44 nəfər ölüb.

Lent.azı-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bazar günü yerli “Folha de Pernambuco” qəzeti regional inkişaf naziri Daniel Ferreyraya istinadən məlumat yayıb.

Həmçinin 56 nəfərin itkin düşdüyünü, 25 nəfərin yaralandığını və 4 mindən çox insanın evsiz qaldığı bildirib.

Prezident Jair Bolsonarunun bazar ertəsi bölgəyə səfəri gözlənilir.

Meteorologiya xidmətinin məlumatına görə, bu əraziyə yalnız şənbə günü səhər saatlarında 150 mm-ə qədər yağıntı düşüb ki, bu da daşqın və sürüşmələrə səbəb olub.

Şəhərdə fövqəladə vəziyyət elan edilib.

Fəlakətin nəticələrinin aradan qaldırılmasında 3 mindən çox insan iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2644

Oxşar yazılar