Nigeriyada Nqadabul çayından ən azı 15 cəsəd çıxarılıb.
Lent.az-ın məlumatına görə, bu barədə Nigeriyanın Fövqəladə Hallar Agentliyinin nümayəndəsi Məhəmməd Usman bildirib.
“Güclü yağış Nqadabul çayının səviyyəsinin qalxmasına səbəb olub”. “Borno əyalətinin paytaxtı Mayduquri şəhərinin inzibati sərhədlərində 15 ölü sudan çıxarılıb”,- deyə bildirilib.
Nigeriyada bir neçə gündür leysan yağışları yağır. Təbiət hadisəsi ölkədə daşqın və çoxsaylı torpaq sürüşməsinə səbəb olub.
Belə ki, Borno ilə qonşu olan Ciqava ştatının hakimiyyət orqanları avqustun 30-da daşqın nəticəsində 51 nəfərin öldüyünü bildirib.