Küçədən iki meyit tapıldı
03 mart 2023 02:55 (UTC +04:00)

Küçədən iki meyit tapıldı

0

Rusiyanın Krasnodar diyarında, Slavyansk-na-Kuban şəhərində şahidlər iki ölü tapıblar.

Lent.az “Gazeta.ru” saytına istinadən xəbər verir ki, birində bıçaq yarası, digərində isə güllə yarası olub.

Məlumata görə, ehtimal ki, torpaq sahələrinə görə 65 və 37 yaşlı kişilər arasında dava baş verib.

Mübahisə ciddi münaqişəyə çevrilib.

Yaşlı kişi qonşunun avtomobilini yandırıb və ona tapança ilə iki dəfə atəş açıb. Buna cavab olaraq zərərçəkən onun sinəsindən bıçaq zərbəsi endirib. Hər ikisi aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1872

Oxşar yazılar