Şanlıurfada küçədə uşaq dünyaya gətirən qadın körpəsini çantaya qoyub qaçıb.
Hadisə Şanlıurfanın Siverek mahalına bağlı Camikebir məhəlləsindəki Adnan Menderes Bulvarı ətrafında baş verib.
Lent.az “Ensonhaber”ə istinadən xəbər verir ki, gecə saaatlarında məhəllənin qaranlıq küçəsinə gələn hamilə qadın burada təkbaşına uşaq dünyaya gətirib.
Bundan sonra qadın körpəsini çantada küçəyə qoyaraq ərazidən uzaqlaşıb.
Körpənin səsini eşidən məhəllə sakinləri polisə və həkimə müraciət edib.
Həkimlər körpənin səhhətinin yaxşı olduğunu deyir.
Polis körpəsini küçəyə atana ananı axtarır.