Koronavirusun yenidən yayılmaq riski var - ÜST
04 dekabr 2022 08:56 (UTC +04:00)

Koronavirusun yenidən yayılmaq riski var - ÜST

Dünya əhalisinin 90%-nin koronavirusa qarşı immuniteti yaranıb. Lakin buna rəğmən yeni təhlükəli mutasiyaların yaranma riski mövcuddur.

Lent.az-ın xəbərinə görə, bunu Ümumdünya Səhiyyət Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“Biz deyə bilərik pandemiyanın fövqəladə mərhələsinin başa çatmasına yaxınıq, lakin hər şey bitməyib” – deyə Qebreyesus bildirib.

Onun sözlərinə görə, xəstəliyin əlamətlərinin qalması yeni ştamların yaranmasına və ölüm hallarına gətirib çıxara bilər.

# 1491
avatar

Oxşar yazılar