Kommunistlərin rəhbərindən Putinin mətbuat katibinə  SƏRT TƏNQİD
07 aprel 2022 15:55 (UTC +04:00)

Kommunistlərin rəhbərindən Putinin mətbuat katibinə SƏRT TƏNQİD

Rusiya Federasiyası Kommunist Partiyasının rəhbəri Gennadi Zyuqanov Dövlət Dumasında çıxış edərək, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun şərhlərini tənqid edib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, Zyuqanovun sözlərinə görə, o, bəzən “Peskovun nə şərh etdiyini və Ukrayna ilə danışıqlar aparan Vladimir Medinskinin davranışının məntiqinin nədən ibarət olduğunu anlaya bilmir”.

Bunda əvvəl Putinin tərəfdarları Rusiyanın İstanbul danışıqlarından sonra qoşunlarını qismən çıxarmaq və Kiyev və Çerniqov istiqamətində döyüş əməliyyatlarının aparılmasını kəskin şəkildə azaltmaq qərarına gəlməsindən narazılıq ediblər.

Putinin tərəfdarları hesab edirlər ki, qoşunların çıxarılması Rusiya prezidentinin Ukrayna ilə bağlı planlarına ziddir.

Belə ki, Rusiya dövlətinin təbliğatçısı Vladimir Solovyov qoşunların geri çəkilməsi ilə bağlı qəzəblənib. O, bəyan edib ki, Rusiya, ümumiyyətlə, Ukrayna ilə heç bir danışıqlar aparmamalıdır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1998
avatar

Oxşar yazılar