Çerniqov vilayətində Ukrayna hərbçiləri Kiyev istiqamətində irəliləyən Rusiya hərbi qüvvələrini dayandıraraq darmadağın edib.
Lent.az-ın Ukrayna mediasına istinadla məlumatına görə, kolondakı texnika yandırılıb, əsgərlər qaçıblar.
“Sever” operativ komandanlığının “Facebook”da yaydığı məlumatda qeyd edilir ki, bununla da Rusiya qoşunlarının daha bir kolonunun Ukraynanın paytaxtına tərəf irəliləməsinin qarşısı alınıb.