Moskvada kişi 16 yaşlı ögey qızına təcavüz edib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, Moskvada ər-arvad pornoqrafik videolar çəkərək pul qazanmaq qərarına gəlib. Ana baş verənləri videoya çəkərkən kişi 16 yaşlı ögey qızını mütəmadi olaraq zorlamağa başlayıb. Bundan sonra cütlük şəbəkədə videolar yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları videonu aşkar edərək zərərçəkənin ögey atasını və anasını saxlayıblar. Onlara qarşı cinayət işi başlanıb.
Saxlanılan kişinin əvvəllər adam öldürməyə görə məhkum olunduğu müəyyənləşib.