Yeni ailə quran ABŞ sakini, 34 yaşlı Pol Turovski bu ilin iyul ayında həyat yoldaşı ilə bal ayında biabırçılıqla üzləşib.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, Florida polisi hadisə ilə bağlı mətbuat konfransı keçirərək olanları jurnalistlərə çatdırıb.
Məlum olub ki, amerikalı yoldaşı ilə qaldığı Tampadakı oteldə başqa bir xanımla tanış olub. Yad qadının toruna düşən gənc ər onunla intim münasibətdə olarkən polis tərəfindən yaxalanıb.
Yerli nəşrlərdən birinin yazdığına görə, kişinin bir yataqda tutulduğu qadın polisə işləyən agent olub:
“Pol Turovski həyat yoldaşı yuxuya gedəndə internetdə seks xidməti elanına daxil olaraq bir qadınla tanış olub. Elə həmin gecə, həmin otelin həmin mərtəbəsindəki otaqlardan birində “yeni tanışı” ilə görüşüb və polisin əvvəlcədən planlaşdırdığı reydə düşüb.
Qeyd edilib ki, aprel ayından etibarən hüquq-mühafizə orqanlarının əməkdaşları “azyaşlı qızların qeyri-qanuni xidmətlərinin qarşısını almaq məqsədilə genişmiqyaslı gizli əməliyyatlar keçirir. Pol da bu reydin “qurbanı” olub.